“Bir çox həmkarlarım “Tac”, “Kral”, “Kraliça” davası edirlər, bu, gülüncdür. Onlardan fərqli olaraq, hər zaman səviyyəli işlərlə tamaşaçının qarşısına çıxmışam. Həmkarlarıma deyirəm ki, boş-boş danışmaq yox, yeni layihələr təqdim etmək lazımdır”. Bu sözləri Lent.az-a hazırda yaradıcılıq işləri ilə əlaqədar Rusiyanın Vladivostok şəhərində olan müğənni Elit-star Cəmilə deyib. O, qalmaqal edən həmkarlarını qınayaraq, onlara məsləhət verməyi də lazım bilib: “Azərbaycandan kənarda olsam da, şou-biznesdə baş verən prosesləri izləyirəm. Elə bil adət halını alıb, hamı qalmaqal eləyir. Bir çoxu, elə bil qalmaqaldan başqa bir iş bilmir. Titul, nə bilim ləqəb davasına çıxıblar. Özü də kifayət qədər təcrübəli sənətçilərdir. Kənardan bu söz-söhbətlər adi tamaşaçını da bezdirib”.
Müğənni onu da əlavə edib ki, Rusiyaya səfərinin məqsədi üzərində çalışdığı yeni layihədir: “Yeni proyektim artıq hazırdır. Öncədən heç bir məlumat verməyim. Ancaq onu deyə bilərəm ki, Azərbaycanda partlayışlı layihəyə imza atacam”.