Əli Mirəliyevdən Mətanətə sərt cavab: "ANS-dən qovuldun"
12 mart 2015 12:23 (UTC +04:00)

Əli Mirəliyevdən Mətanətə sərt cavab: "ANS-dən qovuldun"

ATV-nin aparıcısı Mətanət Əlverdiyevanın müğənni Əli Mirəliyev barəsində dediyi “Səsi yoxdur” ifadəsi cavabsız qalmayıb. Lent.az-la əlaqə saxlayan Ə.Mirəliyev aparıcının cavabını verib: “Bir vaxt ANS-dən atılmış insan indi gəlib ATV-ə hər gün 2 saat camaata dərs keçir. Mənim barəmdə tənqidi fikir söyləyən aparıcıdır. Müğənni, bəstəkar olsa idi, yenə də nəsə demək olardı. Bu bədbəxt qadın bilmir ki, Azərbaycan musiqisi nədir. Deyir ki, “Əli Mirəliyevin səsi yoxdur”. Yaxşı, əgər mənim səsim yoxdursa, o boyda Azərbaycan musiqisinin korifeyləri Cahangir Cahangirov, Səyid Rüstəmov və digərləri mənim sənətimə niyə qiymət veriblər? Səsi olmayan bir insan Bədi Şuranı necə keçə bilərdi? Əksinə, indi səsi olmayanlar oxuyur. Bu adam gör nə qədər çaşıb ki, 45 il sənətdə olmuş bir insan barəsində bu sözləri deyir. Sabah o istəsə, deyəcək ki, heç Rəşid Behbudovu da sevmirlər. Ay bədbəxt, ay bədbəxt qadın, sən nə bilirsən musiqi nədir? Bu bazarda işləməli idi, bazar adamını efirə gətiriblər. İndi gəlib efirə çıxıb, gündə bir paltar geyinir. Amma ANS-dən gələndə acından ölürdü. Amma indi... Mən hər şeyə diqqət edən insanam. Bir məsəl var: “Keçmişini unudan xalqın, gələcəyi olmur”.

 

Qeyd edək ki, M.Əlverdiyeva ötən gün “Gündəlik” verilişində Ə.Mirəliyev barəsində bu sözləri demişdi: “İndi Əli müəllimin qulaqları cingildəyir. Səsi var ki, oxusun? Onun səsi olmayıb. Mənim də musiqi anlayışım var. O, sadəcə musiqinin qrammatikasını güclü bilir. Amma səsi yoxdur.  Neçə dəfə verilişimə gəlib, 40 il əvvəl yazdırdığı mahnıları oxuyur. Bəlkə də mən doğulmamışdım, o mahnılar yazılanda. Yeni mahnılar oxumur. Ancaq başqalarına söz atmaqla gündəmə gəlir. Əsəbiləşirəm. Ondan danışıb, onu reklam etmək istəmirəm. Səsin yoxdursa, gərək səhnə etikan olsun. O da yoxdursa, daha mənim ona sözüm yoxdur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 262
avatar

Oxşar yazılar