Dünya gözəlləri Bakıdakı çimərlikdə
09 sentyabr 2014 19:03 (UTC +04:00)

Dünya gözəlləri Bakıdakı çimərlikdə

"Miss Globe International" 89-cu beynəlxalq gözəllik müsabiqəsinin finalçıları Bakıda Xəzər dənizin sahilində yerləşən istirahət mərkəzlərindən birində olublar. Lent.az-ın məlumatına görə, finalçılar burada türkiyəli mütəxəssislər Onur Xazar (xoreoqraf) və Məlikə Yaşılyolun (moda üzrə direktor) rəhbərliyi altında məşq ediblər.

"Miss Globe International" müsabiqəsinin finalı ilk dəfə olaraq Azərbaycanda sentyabrın 14-də "Baku Crystall Hall"da keçiriləcək. Yarışmada 120 ölkənin nümayəndəsinin iştirakı gözlənilir. Müsabiqənin finalında iştirak etmək üçün xüsusi olaraq Bakıya məşhur simalar Demet Akalın, Gürkan Uyqun, Gökhan Özen, Kaan Gülsoy və İnna, rəqqasə Asena və Rumıniyanın "Radio Killer" qrupu gələcək. Müsabiqə dünyanın 70-dən çox ölkəsində yayımlanacaq.

Qeyd edək ki, sözügedən yarışma ilk dəfə 1925-ci ildə İstanbulda keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3497
avatar

Yalçın UĞUR

Oxşar yazılar