Aparıcı Xoşqədəm Hidayətqızı ilə evli olan tanınmış müğənni Doğuş Türkiyə mediasına müsahibə verib. Lent.az-ın məlumatına görə, türkiyəli müğənni bildirib ki, məhərrəmlik ayından sonra toy edəcəklər: “Bakıdayıq, amma tez-tez Türkiyəyə gedib, gələcəyik. Hələ ki, bal ayı keçirməmişik. Çünki işlərimiz çoxdur. Məhərrəmlikdən sonra möhtəşəm bir toy edəcəyik. Türkiyəli həmkarım Demet Akalın da toyumda “halaybaşı” olacaq. İnşallah məhərrəmliyin çıxmasını gözləyirik”.
Qeyd edək ki, videonu "Youtube"da Media Təqib Mərkəzi yerləşdirib.