Oktyabrın 21-də sosial şəbəkələrdə Tiflis Beynəlxalq Hava Limanının tranzit zonasında olan məşhur fransız aktyoru fotosu yayımlanıb. APA-nın gürcü mətbuatına istinadən verdiyi məlumata görə, J. Depardye hava limanında 20 dəqiqə qaldıqdan sonra Bakıya uçub.
Aktyor tranzit zonasını tərk edəcəyi halda, "İşğal olunmuş ərazilər haqqında" qanunun pozulmasına görə polis tərəfindən saxlanıla bilərdi.
Qeyd edək ki, bu ilin yay ayında J.Depardye Gürcüstanın sərhəd-buraxılış məntəqəsini keçmədən Suxumiyə gedib.
Xatırladaq ki, keçən ilin sonunda Depardye Fransa hökumətinin “zəngin şəxslər üçün 75% vergi” planına görə Fransa vətəndaşlığından imtina etmək niyyətində olduğunu bəyan edib. Lakin yanvarın əvvəlində o, Rusiya pasportu alıb, Fransa vətəndaşlığından isə çıxmayıb.