Daha bir tanınmış müğənni boşandı
07 noyabr 2013 18:42 (UTC +04:00)

Daha bir tanınmış müğənni boşandı

Türkiyənin məşhur müğənnisi İşin Karaca 2 il öncə ailə qurduğu stilist və rejissor Sedat Doğanla boşanıblar. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, məşhur müğənni bildirib ki, boşanmaları barədə hələ bir neçə ay qabaq qərar versələr də, barışdıqlarına görə, bu istəklərindən imtina etmişdilər. Lakin indi  boşanma fikirləri qətidir.

 

 

Xatırladaq ki, ötən gün  İstanbul Ali Məhkəməsində İ.Karaca və S.Doğanın boşanma ərizələrinə baxılıb. Tərəflər məhkəmə prosesinə media mənsublarının zala daxil olmasını istəməyiblər.  Hakim onların istəyini nəzərə alaraq, jurnalistləri içəri buraxmayıb. Sonda məhkəmə qərarı ilə İşin Karaca Sedat Doğandan rəsmən ayrılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6129

Oxşar yazılar