Coşqun qadın olmağından danışdı
12 mart 2014 12:10 (UTC +04:00)

Coşqun qadın olmağından danışdı

“Səhnədə qadın obrazı canlandırmağımıza yaxşı baxmayanları anlayıram. Artıq bunu qəbul etmişik”. Bunu Lent.az-a “Bu şəhərdə”nin yumor ustası Coşqun Rəhimov deyib. C. Rəhimov Rafaellə birgə qadın rolunda çıxış etmələrinə aydınlıq gətirib:

 

 

“Azərbaycanda rekord sayda konsert verən bizik. İllərdir səhnədə bir çox obrazları canlandırmaqla yanaşı, qadın rolları da oynayırıq. Bu isə bəzi insanlar tərəfindən birmənalı qarşılanmır. Biz  artıq on dörd ildir ki, bu tənqidlərə öyrəşmişik. Bəyənənlər də var, bəyənməyənlər də, bu normaldır. Bizi bu sənətə hazırlayan əvəzolunmaz sənətkarlarımız yumor ustalarımız, rejissorlarımız olub. Onların tənqidi bizə maraqlıdır,   bu gün də nəsə öyrənirik, sabah da öyrənəcəyik”.

 

 

Qeyd edək ki, “Bu şəhərdə”nin Heydər Əliyev sarayında konserti martın 5-dən başlayıb. “Qızıl gül”  adlanan konsert martın 14-ə qədər davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2153

Oxşar yazılar