Bu gün Milli Parkda 106.3 FM radiosunun konserti olacaq
30 iyun 2017 11:21 (UTC +04:00)

Bu gün Milli Parkda 106.3 FM radiosunun konserti olacaq

 

 

Bu gün 106.3 FM radiosunun 13 yaşı tamam olur. Lent.az-ın məlumatına görə, 106.3 FM radiosu bu il ad gününü fərqli tərzdə qeyd edəcək. Radionun yaranma günü ilə əlaqədar olaraq 106,3 FM “Bir cənub şəhərində” adı altında layihəyə imza atacaq. Bu dəfə dinləyicilər səslərini eşitdikləri radio aparıcılarını Bakı bulvarından dinləyəcəklər. Dinləyicilərin marağını cəlb etmək üçün verilişlərin yayım məkanı olaraq “Mirvari” restoranı və “Şeytan çarxı” karuselinin qarşısı seçilib.

 

Qeyd edək ki, Azərbaycan radioməkanında ilk dəfə efir Bulvardan yayımlanacaq. Efir vaxtı Bulvarın müxtəlif hissələrində pul mükafatları gizlədiləcək. Və aparıcıların təqdim etdiyi tapmacalarla həmin məkanı tapan şəxs pul mükafatını qazanacaq. Şou-biznesin tanınmış simaları da, radionu bu özəl gündə tək qoymayacaq. Xalq artistləri Aygün Kazımova, Brilliant Dadaşova, əməkdar artist Tünzalə Ağayeva, Fuad Dadaşov və Miri Yusif saat 12:00-15:00-dək “Çörtovoye koleso”nun qarşısında qurulmuş studiyadan radio aparıcılarla birlikdə dinləyicilərini salamlayacaq və ən yeni mahnılarını ifa edəcək.

 

Proqram bu gün bu cür olacaq: “Boomerang” 08:00-10:00 “Mirvari” restoranı, “Dinləməli” 12:00-15:00 “Çertovoye koleso”nun qarşısı, “Avtostop” 17:00-20:00 “Çertovoye koleso”nun qarşısı.

 

Qeyd edək ki, layihənin informasiya dəstəkçisi  APA Holdinq, Vesti.az, Lent.az-dır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 870

Oxşar yazılar