Bayram çəkilişində olay: Natavan Həbibinin paltarı yandı, köməyinə Ayaz gəldi - EKSKLÜZİV
26 dekabr 2012 15:16 (UTC +04:00)

Bayram çəkilişində olay: Natavan Həbibinin paltarı yandı, köməyinə Ayaz gəldi - EKSKLÜZİV

Dünən axşam müğənni Natavan Həbibi gözlənilməz hadisə ilə qarşılaşıb. Lent.az-n məlumatına görə, yerli telekanalların birində bayram çəkilişi zamanı müğənnin əlində yandırdığı benqal şamının qığılcımları, qəfil paltarının üstünə düşüb və geyindiyi paltar yanmağa başlayıb.

Məlumata görə, Natavanın köməyinə müğənni Ayaz Qasımov və telekanal əməkdaşları gəlib. Müğənni çəkilişi yamaqlı paltarla başa vurmağa məcbur olub.

# 3616
avatar

Oxşar yazılar