Xeyli müddətdir ki, efirlərdə görülməyən müğənni Arzumdan xəbər var. Bir neçə ay öncə Türkiyəyə gedən müğənni Bakıya qayıdıb. Haqqında ailə quracağı ilə bağlı xəbərlər dolaşan müğənninin evliliyə hazırlaşdığı bəyin təkidi ilə sənətdən uzaqlaşdığı deyilir.
Lent.az-ın əməkdaşı müğənni ilə bir neçə dəfə əlaqə saxlamağa çalışsa da telefona cavab verən olmayıb.
Xatırladaq ki, müğənni bir müddət öncə Lent.az-a müsahibəsində ailə qurmağa hazırlaşdığını söyləmişdi: “Elçilik olub. Oğlan bizim çox uzaq qohumudur. Fikrimiz var, nişanlanaq”.
Qeyd edək ki, Arzum “Azəri Star” yarışmasının iştirakçısı olub. Bundan əlavə “Eurovision 2011” milli seçim turlarında yarım finala qədər irəliləyib. O, “Lava”, “Qara-qara”, “Göz dəydi”, “Dilbər” və digər mahnıların ifaçısı kimi tanınır.