Yaradıcılıq işlərini Azərbaycanla yanaşı, Türkiyədə də davam etdirən müğənni Azəri Güneldən xəbər var. Lent.az-ın məlumatına görə, hazırda yeni albomunu təqdim etməyə hazırlaşan Günel Türkiyənin tanınmış klarnet ifaçısı Hüsnü Şənləndirici ilə görüşüb. Müğənni onunla birgə çəkdirdiyi şəkli “İnstagram” səhifəsində paylaşıb və fotonun altından bu sözləri yazıb yazıb: “Atam və gözəl klarnet ifaçısı Hüsnü Şənləndirici. Şənləndirdi, məst etdi, düşünürəm ki, işimiz uğurlu olacaq. Çox sağ olsun”.
Qeyd edək ki, Azəri Günel mart ayından etibarən Azərbaycan turnesinə başlayacaq. O, Azərbaycanın 8 regionunda konsert verəcək.