Azəri Günel Türkiyəli müğənni ilə bir arada
28 mart 2014 10:25 (UTC +04:00)

Azəri Günel Türkiyəli müğənni ilə bir arada

Yaradıcılıq işlərini daha çox Türkiyədə gercəkləşdirən Azəri Günel Zeynalovadan xəbər var. Lent.az-ın məlumatına görə, ötən həftə Türkiyədə klip çəkilişlərinə başlayan müğənni yeni albom hazırlıqlarını tamamlamaq üzrədir. Bundan əlavə, hazırda Türkiyədə olan Azəri Günel qardaş ölkənin tanınmış müğənnisi Orhan Ölməzlə bir araya gəlib. Yaradıcılıq planlarından söhbət açan sənətçilər sonda xatirə şəkli çəkdiriblər. Günel birgə çəkdirdiyi şəkilləri öz “İnstagram” səhifəsində paylaşıb.

 

Məlumat üçün onu da bildirək ki, Günelin bu ay həyata keçirəcəyi “Azərbaycan” layihəsi təxirə düşüb.

# 1693
avatar

Yalçın UĞUR

Oxşar yazılar