Müğənni Əkbər Əliyev ifa etdiyi sözləri Leyli Erola, musiqisi Hakan Erola məxsus “Yanımdan ayrılma” adlı bəstəyə çəkilmiş klipi təqdim edib. Lent.az-a açıqlama verən ifaçı bildirib ki, klipin rejissorluğunu özü edib: “Mahnının söz və musiqi müəlliflərinə təşəkkürümü bildirirəm. Bu mahnını ifa etdikdən sonra klip çəkdirmək barədə düşündüm. Qərara aldım ki, mən bunu bacarıram. Niyə də özüm klip çəkməyim? Çəkdim, amma onu da deyim ki, çox əziyyətli idi. Nəticədə yaxşı bir klip ərsəyə gəldi. Bundan sonra müğənni həmkarlarıma da klip çəkə bilərəm. Amma baxır hansı həmkarıma”.
Ə.Əliyevin yeni klipini təqdim edirik