Azərbaycanlı müğənni qız qaçırma xəbərindən danışdı - <span style="color:red;">AÇIQLAMA
05 fevral 2014 14:20 (UTC +04:00)

Azərbaycanlı müğənni qız qaçırma xəbərindən danışdı - AÇIQLAMA

“Mən qız qaçırtmamışam. Qız özü mənim yanıma gəlib. İndiki zəmanədə kimi qaçırtmaq olar?”. Bunu Lent.az-a rusiyalı model Olqanı qaçırtmaqda ittiham olunan müğənni Elvin Abbasov deyib:

“Deyirlər ki, mən qız qaçırtmışam, yalandır. Sadəcə, Olqa xanımla sevgiliyik. O, məni sevir. Mənim də ona qarşı istəyim var. Sevdiyi üçün Bakıya gəlib. Olqanı qaçırtmağımdan söhbət belə gedə bilməz. Çünki, belə bir şey olmayıb. Şəxsi həyatımıza müdaxilə etməyə kiminsə ixtiyarı yoxdur”.


Lent.az-ın məlumatına görə, parapsixoloq Nadim Alixanov anspress-ə verdiyi açıqlamada Elvin rusiyalı model Olqanı qaçırmaqda ittiham etmişdi. Alixanovun dediyinə görə, Elvin qızın səmimiyyətindən istifadə edərək, öz niyyətini həyata keçirib. “İndi qızın valideynləri təcili Bakıya gəlirlər. Onlar bu gün günorta saatlarında təyyarə ilə Bakıda olacaqlar. Məsələyə də aydınlıq gələcək”.

# 3238
avatar

Oxşar yazılar