Müğənni Sevinc Ağaşirinova ötən gün 1 yaşını qeyd edən oğlu Yahyaya kiçik toy edib. Lent.az-ın məlumatına görə, S.Ağaşirinovanın oğlunun xeyir işində şou-biznesin bir çox tanınmış simalarını görmək olardı. Paytaxt məkanlarının birində keçirilən toya müğənnilərdən Nadir Qafarzadə, Emil Bədəlov, Afaq Aslan, Sevda Yahyayeva, Ramal İsrafilov, Tunar Rəhmanoğlu, Elgün Hüseynov, Ayaz Babayev, Aytac Vidadiqızı, prodüser Təranə Səmədova, aparıcılardan Sərxan Kərəmoğlu, Samir Bayramlı, Könül Muxtarova, rəqqasə Fatimə Fətəliyeva, skripkaçı Səlim Abbasov və başqaları gəlib. Gecədə ən yadda qalan məqam məşhurların birgə rəqs etməsi olub.
Toydan fotoları təqdim edirik