Azərbaycanlı müğənni 1239 manatlıq geyimi ilə
05 mart 2014 20:03 (UTC +04:00)

Azərbaycanlı müğənni 1239 manatlıq geyimi ilə

Yaradıcılıq işlərində daim yeniliklər edən müğənni Günay İbrahimli geyimlərindən danışıb.

 

Lent.az-a açıqlama verən müğənni bildirib ki, daim dəblə geyinməyə üstünlük verir:

“Bir ifaçı kimi geyimlərimə hər zaman diqqət edirəm. Səhnə insanı olduğuma görə bu vacibdir. Mənim üçün ilk növbədə geyimimin brend olması əsasdır. Amma düşünürəm ki, brenddən əlavə geyindiyim paltar imici, tərzi ürəyimcə olmalıdır.

 

Yaraşmayan brendə pul xərcləmərəm. Dəbi elə dəb bilicisindən öyrənmək prinsipinə də əməl edirəm. Stilistlərlə məsləhətləşirəm. İmicim üzərində Azərbaycanın bir çox tanınmış stilistləri çalışıb. Bu gün geyindiyim geyim isə brend olsa da, baha deyil.  Köynək 70 Azn, ətək 49 Azn, ayaqqabı 120 Azn, aksesuarlar 1000 Azn”.

 

 

 

G. İbrahimli daha sonra Lent.az-ın foto-kameraları önünə keçərək pozalar verib. Həmin şəkilləri təqdim edirik.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3915

Oxşar yazılar