Azərbaycanlı model Türkiyə serialında rol aldı
14 mart 2014 11:23 (UTC +04:00)

Azərbaycanlı model Türkiyə serialında rol aldı

Azərbaycanlı model Könül Əzizova Türkiyədə “Beni böylə sev” adlı serialda rol alıb. Lent.az-ın məlumatına görə, yaradıcılıq işlərini Türkiyədə quran model bildirib ki, bu təklif onun üçün gözlənilməz olub: “Sözün düzü Türkiyədə bir serialda rol almağım mənim üçün çox xoşdur. Bu təklif gələn zaman düşünmədən qəbul etdim. Baxmayaraq ki, serialda mən çox az süjetdə yer almışam, amma  düşünürəm ki, öz rolumla yadda qalmağı bacarmışam. Bu, mənim aktrisa kimi ilk işim olsa da, sonuncu işim deyil. Ümid edirəm ki, növbəti seriallara  da dəvət alacam”.

 

 

Xatırladaq ki, “Beni böylə sev” serialı Türkiyənin “TRT” kanlında yayımlanır. Model K.Əzizova serialın 46-cı bölümündə rol alıb. Serialın rejissoru isə Cem Tabakdır. Ssenari müəllifi isə Hakan Xaksun, Müjden Kayserili olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2093

Oxşar yazılar