Azərbaycanlı müğənnilər Zəhranın ölümündən yazdı - FOTOLAR
06 iyul 2017 12:03 (UTC +04:00)

Azərbaycanlı müğənnilər Zəhranın ölümündən yazdı - FOTOLAR

 

İyulun 4-də saat Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilən Sahibə Quliyeva və nəvəsi, 2 yaşlı Zəhra Quliyevanın ölüm xəbərinə Azərbaycan şou-biznesinin tanınmış simaları biganə qalmayıb. Lent.az-ın məlumatına görə, onların bir çoxu təəssüratını sosial şəbəkə vasitəsi ilə bölüşüb.

 

Xalq artisti Aygün Kazımova: “Bu gün o gündür ki, heç vaxt olmadığı qədər həmrəylik nümayiş etdirməliyik. Ölümdən qorxmayan millət ölümsüzdür. Allah xalqımıza səbr versin. Amin”.

 

Əməkdar artist Röya Ayxan: “Biz səninlə öldük, Zəhra”.

 

Əməkdar artist Elza Seyidcahan: “Görəsən, Allahın lənətindən necə qurtulacaq bu dinc, məsum insanlara qarşı vəhşilik törədənlər? Allah onlara lənət etsin, gül nənə-nəvəyə rəhmət diləyirik”.

 

Müğənni Rəqsanə İsmayılova: "Allah, bunların, bu dığaların heç səhəri xeyirə açılmasın. Evləri yıxılıb ocaqları sönsün. Körpə balanı necə qanına qəltan ediblər. Zəhra balamıza baxmaq olmur, ürəyim parça-parça oldu. Bu zülm yerdə qalmasın. Can, ay körpə bala, səni yaşamağa qoymadılar".

 

Müğənni Günay İbrahimli: “Çox pis oldum, həm də çox. Nənə və nəvənin bu fotosu ürək parçalayır. Mən özüm bu gərginliyin arasında doğulmuşam, oradakı ab-havanı görmüşəm. Özüm Füzulidənəm. Orda yaşayanların böyük ürəyi var. Orada iki nur üzlü insan həmişəlik yuxuya gedib. Başa düşürəm, müharibə şəraitindəyik. Bəs 18 aylıq Zəhranın günahı nə idi? Nə vaxta kimi bir parçamızı itirmək qorxusuyla yaşayacağıq? Belə şərəfsizlik olar? Bunun adı faşizmdir. Körpələrə uzadılan əllər qurusun, qırılsın. Kişilikdən bixəbərlər, şərəfsizliyi özlərinə sloqan seçən namussuzlar. 18 ay e, 18 aylıq bir uşaq. Ona necə silah çəkmək olar? Bunu bir insan necə edə bilər? Bunu edənlər insanlığa ləkədilər”.

 

Müğənni Rəşad İlyasov: “Daha bir günahsız körpə, dah bir günahsız qadın...”.

 

Müğənni Nazənin: “Allah bu körpənin ahını yerdə qoymaz. Ürəyim dağlandı, Allah erməni dığalarına lənət eləsin. Nədir axı bizim bunlardan çəkdiklərimiz? Yetmədi? Ruhun şad olsun, Zəhra”.

 

Müğənni Bahar Lətifqızı: “Allah səbr versin. Bu balanın günahı nədi? Allah ikisinin də yerini cənnət eləsin”.

 

Müğənni Roza Zərgərli: “Bu erməni şərəfsizliyinin növbəti nümunəsidir. Bu gün şəhid olan nənə və nəvə. Dünya birliyi ermənilərin cəzasını vermir”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 417

Oxşar yazılar