"Mən yalnız Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü qeyd edəcəm, Yeni ili yox”. Bu sözləri Lent.az-a aşıq Əli deyib. O bildirib ki, məhz buna görə də bir neçə təkliflərdən imtina edib: “Yeni ili qeyd etməyəcəm. Dekabrın 31-nə dəvət olunduğum şou proqramlardan da imtina etmişəm. Yalnız həmrəylik günümüzü qeyd edəcəm. Ailəmlə birlikdə olmağa qərar vermişəm”.
Aşıq yaradıcılığından da danışıb: "Əksər yanrlarda ifalarım olub. Amma mənim üçün bunların sırasında aşıqlıq sənəti zirvədədir. Bəzən el şənliklərində müxtəlif ifaçıların repertuarından mahnılar istəyirlər ki, dost məclisi olduğuna görə, yox demək olmur. Mahnını bilirəmsə, oxuyuram. Amma hər istəyi də nəzərə almıram. Efirdə daha çox aşıq mahnılarını təbliğ edirəm. Bu, mənim sevib-seçdiyim sənətimdir".