Azərbaycanda kişi müğənniyə canlı efirdə sponsor TƏKLİFİ
27 iyun 2014 12:12 (UTC +04:00)

Azərbaycanda kişi müğənniyə canlı efirdə sponsor TƏKLİFİ

Gənc müğənni Müşviq Mahmudov ona gələn sponsorluq təklifini qəbul etməyib. Lent.az-ın məlumatına görə, bu təklifi müğənniyə canlı efirdə ediblər. ATV kanalının "Bu, bir sirdir" verilişinə qonaq olan ifaçıya bu təklifi bir xanım edib: "Əvvəla, mənə atam maddi dəstək göstərir. Onun dəstəyi təmənnasızdır. Amma başqa sponsor təklifləri həmişə təmənnalı olur və bəzən belə hallarda xoşagəlməz məqamlar yaşanır. Sponsor kiməsə elə-belə sponsorluq etmir. Bunun altında müxtəlif fikirlər olur. Hətta çirkin istək və təkliflər də. Bəzi sənətçilərimiz üçün fərqi yoxdur, nəfslərinə uyub sponsorlarla anlaşırlar. Sonra da xoşagəlməz dedi-qodular ortaya çıxır. Amma mənim belə nüanslara bulaşmaq niyyətim yoxdur. Ən yaxşısı, bir müddət mən atama güvənib sənətimlə məşğul olmaqdır. Tanınandan və qazancım çoxalandan sonra isə atamın da borcundan çıxacam".

 

# 3051
avatar

Oxşar yazılar