Xalq artisti Aygün Kazımova prodüser Tolikin son vaxtlar gündəmdən düşməyən qalmaqallarına münasibət bildirib.
Axşam.az-ın məlumatına görə, “Müleyli” şousuna canlı telefonla bağlanan müğənni yaxın dostu olan prodüseri haqlı bildiyini söyləyib:
“Tolik hər zaman düz danışır. Amma təəssüf ki, düz sözü heç kim qəbul etmir. Həqiqət həmişə acı olub. Sənin sözlərindən kimlərsə nəticə çıxarmalıdır.
Onsuz da bu cümlələrin sahibi bilir ki, kimin ünvanına deyilir. Mənfilərini qəbul etmək hər adamın işi deyil. Buna görə də, Tolik, qalmaqallara, sənə deyilən sözlərə fikir vermə.
O ki qaldı şou-biznesdəki “titul”lara bizə yalnız bir insan ad vermək hüququna malikdir: ölkə başçısı”.
Qeyd edək ki, bu yaxınlarda Röya Tolikə və başqalarına onun haqqında danışmaq qadağası qoyub. Hətta sənətçi onun ünvanına bir söz deyəni məhkəməyə verməklə hədələyib.