Ötən gün xalq artisti Aygün Kazımova “İnstagram” səhifəsində Natəvan Həbibinin şəklini paylaşaraq, fotonun altından həmkarının ünvanına söylədiyi xoşagəlməz fikirlərə son qoymaq qərarına gəlib.
Lent.az-ın məlumatına görə, A.Kazımova buna görə də, mətbuata müraciət ünvanlayıb:
“Sevimli tamaşaçılarıma, fantlarıma, canlarıma söyləmək istəyirəm: hiss edirəm ki, hər dəfə xoşagəlməz söz-söhbətlər sizə çox pis təsir edir. Hər zaman çox üzülürsünüz, dilxor olursunuz, qırılırsınız. Ətrafda mənə qarşı bu cür hallar yaşananda, elə mən özüm də eyni hissləri yaşayıram. İşləyə, çalışa bilmirəm. Bu halımı heç sevmirəm. İnanın, lider olmaq doğurdan da çox çətindir. Hələ nə qədər atılan daşlara məhəl qoymuram.
Üzülməyin, canlarım mənim, siz mənim hər şeyimsiz. Sizə söz verirəm, bir də heç kimin nə gözlənilməz təhqirlərinə, atmaca, şər və böhtanlarına cavab verməyəcəyəm. Kimlərinsə planlarının qurbanı olmayacam. Bütün media nümayəndələrinə müraciət edirəm ki, məni kimlərinsə öncədən planlaşdırılmış çirkab oyunlarının qurbanı etməsinlər. Bir tərəfli müsahibələr alıb məni münasibətdə olmadığım insanlarla istəmədən qalmaqallara salmasınlar. Mən bunu istəmirəm. Çünki həm mən, həm də sevənlərim çox üzülürük. Hörmətli media nümayəndələri, sizdən ricam, qarşı tərəfin planlı şəkildə hazırladığı ucuz reklam piarına son qoyasız, mənim adımı hallandırmayasız. Mənim bu cür çirkin piara ehtiyacım yoxdur. İstəmirəm, arzu etmirəm və heç vaxt da etməmişəm.
Hörmətlə: Xalq artisti, sizin Aygün Kazımova”.
Qeyd edək ki, A.Kazımova İnstagram səhifəsində N.Həbibinin çılpaq şəkillərini paylaşaraq, altından bu sözləri yazmışdı : “Şəkilləri “Natavan Karapetyan, erməni varyetasında çalışan illəri”
Onu da əlavə edək ki, A.Kazımaova artıq N.Həbibinin şəkillərini də öz səhifəsindən silib.