Aygün Kazımova yeni şirkətdə çalışacaq
17 noyabr 2013 01:20 (UTC +04:00)

Aygün Kazımova yeni şirkətdə çalışacaq

Xalq artisti Aygün Kazımova yeni şirkətlə əməkdaşlığa başlayıb.

Lent.az-ın məlumatına görə, o, bu barədə “ATV maqazin” verilişinə açıqlama verib.

İfaçı bildirib ki, Tarkan, Ajda Pekkan, Kenan  Doğlunun da çalışdığı “DMC” şirkəti ilə müqaviləyə qol çəkib.

 

Xatırladaq ki, bir neçə ay öncə Lent.az-a açıqlamasında müğənni  “Polad bəyin rəhbərlik etdiyi “Pol-prodiction”-şirkəti ilə müqavilə bağlayacağam” söyləmişdi.

 

Qeyd edək ki, A.Kazımova “DMC” şirkətindən öncə “Dokkuz-səkkiz” şirkəti ilə çalışırdı.

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2509

Oxşar yazılar