Xərçəngə xəstəliyinə yoluxma riski çox olduğu üçün əməliyyatla süd vəzlərindən məhrum olan aktrisa Ancelina Jolinin səhhəti pisləşib. Lent. az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, əməliyyatla silikon sinəyə yiyələnən aktrisa səhhətindən şikayətçidir. Aktrisa deyib ki, silikondan istifadə etdiyi üçün boyun və kürək ağrılarından əziyyət çəkir.
Həkimlər müayinədən sonra Jolinin silikondan istifadə etməsinə qarşı çıxıblar. Lakin o, israr edib, hazırda Jolinin silikonu infeksiya təhlükəsi ilə üz-üzədir.
A. Joli öz müsahibəsində onu da əlavə edib ki, həkimlərin sözlərini ciddiyə almadığı üçün çox peşmandır.