<span style="color:red;">Almaz Ələsgərli : <b>"Heç bir qadın ərsiz qalmayıb"</b>
09 sentyabr 2014 12:01 (UTC +04:00)

Almaz Ələsgərli: "Heç bir qadın ərsiz qalmayıb"

“Qızlarım yenidən ailə quracaqlar. Buna əminəm. İndiyə qədər heç bir qadın ərsiz qalmayıb”. Bu sözləri Lent.az-a əməkdar artist Almaz Ələsgərli deyib. “Məşhurların boşanmış övladları siyahısında qızlarımın adını görəndə narahat olmuram. Çünki heç kim bilmir bu həyatda başına nə gələcək. Hamı öz taleyindən xəbərsizdir. Əsası odur ki, onlar xoşbəxtdir. Çünki Almaz kimi anaları var. Yenidən ailə quracaqlarına inanıram. Qaldı ki, digər dedi-qodulara, buna əhəmiyyət vermirik”.

 

 

Əməkdar artist Lent.az-a yaradıcılıq işlərindən də söz açıb: “İstirahət mövsümünü qızlarımla birgə keçirdim. Getmişdim İsveçvrəyə, oradan da Norveçə. Sonra Qəbələyə gəlim, orada da dincəldim. İstirahətimi bitirən kimi sözləri və musiqisi bəstəkar Tural Bakuviyə məxsus “Həbibim” adlı mahnını dinləyicilərin ixtiyarına verdim”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3702
avatar

Yalçın UĞUR

Oxşar yazılar