Əməkdar artist Almaz Ələsgərli yaradıcılıq işlərindən söz açıb. Lent.az-a açıqlama verən ifaçı bildirib ki, yeni mahnısını dinləyicilərin ixtiyarına verib: “Hər zaman olduğu kimi, yaradıcılıq işlərimlə sözümü demişəm və qalmaqallardan yan gəzmişəm. Bu, həmişə belə olacaq. İndi də yaradıcılığımda yenilik var. Söz və musiqisi Tural Bakuviyə məxsus olan “Həbibim” adlı bəstəni lentə aldırmışam. Aranjemanı Ramal Rəsula aid olan bu mahnının seviləcəyinə inanıram”.