Zülfiyyə Abbasla duet oxudu
13 noyabr 2014 11:13 (UTC +04:00)

Zülfiyyə Abbasla duet oxudu

Xalq artisti Zülfiyyə Xanbabayeva ilə əməkdar artist Abbas Bağırov bir araya gəlib. Lent.az-ın məlumatına görə, onları bir araya gətirən isə söz və musiqisi Murad Arifə məxsus “Xoşbəxt olun” mahnısı olub. 

 

Z.Xanbabayeva ilə duet ifa edən A.Bağırov “Xoşbəxt olun” mahnısı barədə təəssüratlarını bölüşdü: “Bu mahnını çox sevdiyim, dəyər verdiyim gözəl xanım Zülfiyyə Xanbabayeva ilə bərabər ifa etdim. Mahnını gözəl bəstələyən Murad Arifə isə təşəkkürümü bildirirəm. “Youtube” sosial şəbəkəsinə yerləşdirilən bu mahnı artıq radiodalğalarda da səslənir. Bir müddət sonra bəlkə klip də çəkdik”. 

# 725
avatar

Yalçın UĞUR

Oxşar yazılar