"O səs Türkiyə"də azərbaycanlı iştirakçı
12 noyabr 2014 10:18 (UTC +04:00)

"O səs Türkiyə"də azərbaycanlı iştirakçı

Türkiyənin “TV-8” kanalında yayımlanan məşhur “O səs Türkiyə” müsaqibəsinə gənc azərbaycanlı müğənni Nicat Məhərrəmov da qatılıb. Lent.az-ın məlumatına görə, ötən gün çıxış edən həmyerlimiz növbəti mərhələyə keçməyi bacarıb. N.Məhərrəmovun müsabiqədə “Əziz dostum” mahnısını oxuyub. Onun ifası münsiflərin müsbət rəyini alıb.

 

Xatırladaq ki, “O səs Türkiyə” müsabiqəsinin münsiflər heyətində Türkiyənin tanınmış sənətçiləri Ebru Gündeş, Hadisə, Gökhan və “Mor ve ötəsi” qrupunun solistləri olub.

 

Qeyd edək ki, N.Məhərrəmov Azərbaycanda daha çox müğənni Xatirə İslam ilə ifa etdiyi duetlərlə tanınıb.

 

N.Məhərrəmovun çıxışını təqdim edirik. 

# 2030
avatar

Yalçın UĞUR

Oxşar yazılar