<span style="color:red;"><b>Röyanın oxşarı:</b>  <b>“Soyunub məşhur olmaq istəmirəm”</b> – <span style="color:red;">MÜSAHİBƏ
30 oktyabr 2014 12:00 (UTC +04:00)

Röyanın oxşarı: “Soyunub məşhur olmaq istəmirəm”MÜSAHİBƏ

“Şou-biznesdə tanınmaq, “Nömrə 1” olmaq üçün lüt şəkillər çəkdirmərəm. Bu addımı heç vaxt atmaram, mənəviyyatıma uyğun deyil”. Bu sözləri Lent.az-a müsahibəsində şou aləminə yenicə qatılmış, müğənni Röya Ayxanın oxşarı Pərvanə Röyalı deyib. O, müsahibəsində şou-biznesə gəlməyindən, Üzeyir Mehdizadə ilə oxuduğu duetin peşmanlığından, Günay İbrahimlidən və bu kimi bir çox məqamlardan danışdı...

 

 

 

 

- İlk əvvəl yaradıcılığınızdan başlayaq. Pərvanə Röyalı bu günə qədər nə işlər görüb?

 

- Artıq 4-5 ildir ki, peşəkar səhnədəyəm. Bir çox mahnılar və duetlər ifa etmişəm. Əksəriyyəti də sevilib. Röya Ayxanla da bir duetimiz olub. (Bir az düşünür...) Duet deyəndə ki, Röya xanım konsertində məni səhnəyə dəvət etdi, oxuduq. Düşünürəm ki, pis alınmadı. Birdə “Sevən ürəklər” qrupu ilə oxumuşam.

 

- Bəs Üzeyir Mehdizadə oxuduğunuz “Mənə gəl” mahnısını duet hesab etmirsən?

 

- Hə, yadıma düşdü. Oxumuşam. Düzünü deyim, onunla oxuduğuma görə, çox peşmanam. Amma bu barədə danışmaq istəmirəm.

 

- Röyaya oxşamağın səni narahat etmir?

 

- Yox, qətiyyən. Artıq dinləyicilər bilir ki, Röyanın oxşarı da var. İndi deyə bilərlər ki, özümü ona bənzədirəm, amma gec-tez məni bu aləmdə qəbul edəcəklər. Tanınacağam. Çünki iddialıyam. Hədəfim var.

 

 

- Xatırlayıram ki, maqazin proqramlarının birində Röya Ayxanla qalmaqal yaşadığını demişdin...

 

 

- Mənim Röya ilə qalmaqalım olmayıb. Sadəcə, montajda sözlərim kəsilmişdi. Ona görə də bir çoxları onunla aramızda söz-söhbət olduğunu zənn edir.  

 

- Şou aləmində yolunu bağlayanlar var?

 

- Yox, hələ ki, hiss eləməmişəm. Özümdən razılıq kimi çıxmasın, mən özümə güvənirəm. Yolumu bağlayanlar uğuruma təsir edə bilməzlər.

 

- Röya ilə yeni bir duet ifa etmək barəsində düşünmüsən?

 

- (Bir az düşünür...) Nə bilim... Açığı bu təklifi etməyə çəkinmişəm. Özüm-özümə demişəm ki, duet təklif etsəm, “yox” cavabı versə, pis olaram. Ona görə də təklif etməmişəm.

 

- Özünü Röyanın oxşarı, yoxsa fanatı hesab edirsən?

 

- Yox, yox fanat deyiləm. Mən onun arxasınca düşmürəm.

 

- Pərvanənin bu aləmdə məqsədi, amalı nədir?

 

- Məqsədim odur ki, hamı məni tanısın mahnılarım sevilsin. Mənim üçün əsas efir deyil. Mahnılarım radiolarda səslənirsə, bu mənə bəs eləyir. İndi də fikir verirəm ki, özlərini Röyaya bənzədənlər artıb. Radioya da qulaq asırsan, görürsən ki, bir çoxları onun səsi ilə oxuyur. Yəqin haqqın yolun tapıblar. Amma mən bir çoxlarından fərqli, səs tembrim belədir. Anadan gəlmədir. Yəqin oxşatma ilə qabağa getmək istəyirlər.

 

- Düşünürsən ki, sən artıq qabağa getmisən?

 

- (Gülür) Gedəcəm də... Hələ addım-adım irəliləyirəm.

 

 

- Belə deyək, hələ ki, şou aləminə tam qoşulmamısan. Bu aləm kənardan necə görünür?

 

- Yaxşıdır. Özləri üçün yaşayırlar. Bu gün efirə çıxırlar, sabah 160 minlik maşınla gəzirlər. Adama deyərlər ki, bu maşını hansı pulla almısan?

 

- Bəs sən niyə geri qalmısan?

 

- Ehtiyacım yoxdur. Mənə lazım olsa idi, çoxdan edərdim. Sadəcə öz zəhmətimlə qabağa getmək istəyirəm. Kiminsə pulu ilə maşın almaq mənim xarakterimə uyğun deyil.

 

- Düşünürsən ki, şou aləmində səslə qabağa getmək asandır?

 

- Siz jurnalistlər bizdən yaxşı bilirsiniz ki, şou aləmində əksəriyyət sponsorları ilə qabağa gedir. Bir çoxlarına efirdə baxıram, “ay klipim yoxdur”, “maddi sıxıntım var” deyir. Amma səhəri həmin müğənninin altında 100 minlik maşın görürəm. Hansı yollarla əldə etdiklərini isə etiraf etməzlər.

 

- Hansısa müğənni ilə duet oxuyub, daha da məşhurlaşmaq istəyərdin?

 

- Yox, kiminsə kölgəsində tanınmaq istəmirəm. Çünki sabah bir az sözümüz tərs gəlsə, deyəcək ki, səni mən məşhur etmişəm. Mənə lazım deyil.  Gələcək planımda ulduz olmaq var. Yaxşı lirik bir mahnı yazdırmışam. Artıq onlardan birini “Gəl dost olaq, sevgili yox” adlı mahnımı dinləyicilərin ixtiyarına vermişəm. Radio dalğalarda da səslənir. Digər mahnım “Gedirəm”  bir neçə gün olar ki, “Youtube”da yerləşdirilib.

 

- Səncə şou aləmində “nömrə 1” kimdir?

 

- Röyadır.

 

- Röyadan sonra şou aləmində o yeri tutacaq ifaçı varmı?

 

- Röyadan sonra özüməm. Bir müddət öncə efirə baxıram, bir müğənni deyir ki, indi “nömrə 1” mənəm. Bu fikirlə razı deyiləm.  

 

- Günay İbrahimlini deyirsən?

 

- Özünüz dediniz, mən demədim (gülür). 

 

- Şou aləmində tanınmaq, “Nömrə 1” müğənni olmaq üçün lüt şəkillər çəkdirərdin?

 

- Hətta bilsəm ki, lüt şəkillərdən sonra məni bütün dünya tanıyacaq, bunu etmərəm. Yaxşı şey deyil. Bu mənim mənəviyyatıma uyğun deyil. Şou aləmində o qədər müğənni var ki, qapalı geyinirlər, amma sevilirlər. Məsələn Zülfiyyə Xanbabayeva, Samirə Allahverdi.

 

 

- Toylara gedirsən?

 

- Hə, bütün qazancım, gəlirlərim toydandır. Yalan olmasın, gün ərzində 3-4 toya gedirəm. Ay ərzində yüzə yaxın.  Şükür Allaha, hər şey əladır. Özümdən savayı bir neçə ailəni də dolandırıram. 

# 4586
avatar

Yalçın UĞUR

Oxşar yazılar