<span style="color:red;">İlk olay:  Lesbiyanlar da biri-birini HİV-ə yoluxdururmuş
18 mart 2014 07:14 (UTC +04:00)

İlk olay: Lesbiyanlar da biri-birini HİV-ə yoluxdururmuş

ABŞ-ın xəstəliklərə nəzarət və onların profilaktikası üzrə mərkəzinin mütəxəssisləri bildirib ki, qadının qadınla cinsi münasibəti nəticəsində HİV virusunun ötürülməsi hadisəsi qeydə alınıb.

 

Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, alimlər bunun ilk hadisə olduğunu vurğulayıblar.

 

Mənbə bildirib ki, yoluxma Hyustonda qeydə alınıb. Qadınların 40-da artıq yaşı var. Onlardan biri 2009-cu ildə HİV-dən müalicə olunurmuş. Ancaq 2010-cu ilin noyabrından dərman qəbulunu dayandırıb.

 

«AİDSmap» saytının yazdığına əsasən, qadınlar seks-oyuncaqlarından birgə istifadə etməklə yanaşı, «kritik günlərində» sevgi ilə məşğul olublar.

 

Mütəxəssislər bildirib ki, bu zaman «orqanizmdə maye mübadiləsi» baş verdiyindən yoluxma riski artıb.

 

HİV daşıyıcısı olan məşuqə qadın qripə oxşar xəstəlik simptomu ilə klinikaya müraciət edib. Əvvəlcə, HİV virusuna yoxlama mənfi olub, ancaq bir müddət sonra testin cavabı müsbət nəticə verib.

 

Mütəxəssislər xəbərdarlıq edib ki, yoluxmuş tərəfdarı ilə əlaqədə olarkən təhlükəsizliyə diqqəti artırsınlar.

 

HİV daşıyıcısı olanlara isə antiretrovirus preparatlarının qəbulunu məsləhət görür. Çünki dərman qəbulu zamanı virusun qanda qatılığı azalır. Bu isə  cinsi münasibətdə olunan tərəfdarın yoluxma riskini azaldır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2369

Oxşar yazılar