Zülfiyyənin prodüseri Aygünlə qalmaqaldan danışdı: <span style="color:red;">"Tolikdi də..."
25 dekabr 2017 14:27 (UTC +04:00)

Zülfiyyənin prodüseri Aygünlə qalmaqaldan danışdı: "Tolikdi də..."

 

Xalq artisti Aygün Kazımova ötən gün “Atv maqazin onlarla” verilişində küsülü olduğu Zülfiyyə Xanbabayeva barədə “Sirrimizi Tolikə danışmağı Zülfiyyəyə yaraşdırmadım” deyib. Lent.az-ın əməkdaşı məsələ ilə bağlı xalq artisti Z.Xanbabayeva ilə əlaqə saxlayıb. Müğənninin prodüseri Nigar Hacızadə məsələyə qısa açıqlama ilə münasibət bildirib: “Tolikin açıqlamasını deyirsinizsə, Tolikdi də... Zülfiyyə xanım indi Bakıda deyil, özü bu barədə danışmaq istəsə, danışar. Mən başqa nəsə deyə bilməyəcəm”.

 

Qeyd edək ki, prodüser Tolik ötən həftə müsahibəsində Z.Xanbabayevanın ona dediyi sirri barədə danışmışdı : “Zülfiyyə xanım mənə bir söz deyib, onu bu gün burda deyəcəm. Bir dəfə Aygün əsəbi olur və Zülfiyyənin prodüseri Nigarı yığır və onun üstünə qışqırır. Nigar daha sonra bu hadisəni Zülfiyəyə danışır. Zülfiyyə də deyir ki, bəs niyə cavabını vermədin? Cavab belə olur ki, bəs o Aygün Kazımovadır axı. Aygün, Brilliant, Zülfiyyənin bir-birlərinə antipatiyaları olsa da, özlüklərində bir-birini çox istəyirlər”.

 

Prodüserin bu açıqlaması isə A.Kazımovanın ürəyincə olmamışdı: “Zulya ilə bizi bir-birimizə illər bağlayır. İndi danışa-danışa nələrisə yadıma salıram. Onun prodüseri Nigarla telefon danışığımız elə bilirdim ki, özəl olaraq da qalacaq. Sən demə, elə deyilmiş. O, bu söhbəti prodüser Tolikə danışıb. İllər boyu dostluq etdiyim insana bunu yaraşdırmıram. Hamı bilir ki, aramızda bir soyuqluq oldu. Amma necə, nədən oldu, nə üstə oldu? Bu, bir sirr idi”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 226
avatar

Oxşar yazılar