“Çox təəssüf edirəm ki, bəzi insanlar hicab bağlamağımı reklam kimi qəbul etdilər”. Bunu Lent.az-a müğənni Xuraman Şuşalı şəxsi həyatından söz açarkən deyib:
“Ailə qurmadan öncə yoldaşım istəyirdi ki, mən hicab bağlayam. Bunu mən də istəyirdim, ancaq istəyim yubanırdı. Nəhayət, hicab bağlamaq istəyimi həyat yoldaşıma dediyim zaman o çox sevindi və mənə dəstək oldu. Düşünməyin ki, mən onun istəyini nəzərə alıb, başımı bağlamışam. Ailə qurduğum bəy özü də dindardır. Dində təzyiq yoxdur, özüm istəyib, hicab bağladım. Buna görə də çox sevincliyəm. Gərək hicabı bir neçə il öncə bağlayardım. Hər gün etdiyim duada tanrımdan günahlarımızın bağışlanmasını diləyirəm”.
Müğənni daha sonra əlavə edib ki, şou-biznesdən getsə də, dini mahnılar lentə aldıracaq: “Bir neçə layihə üzərində işləyirəm. Bu layihədə tanınmış xanım müğənni ilə duet ifa edəcəm. Bu duet də dini mahnıdır. Bunu dostum, səs rejissorum Hatəm Nəbioğlu mənə hədiyyə edib. Fərqli bir layihə ilə sevənlərimin qarşısına çıxacam”.