<b>Xanım Qafarovanın qızından <span style="color:red;">ŞOK SÖZLƏR : <span style="color:red;">"Atam zəngimə cavab vermir"  - VİDEO</b>
07 mart 2017 19:56 (UTC +04:00)

Xanım Qafarovanın qızından ŞOK SÖZLƏR: "Atam zəngimə cavab vermir" - VİDEO

 

APA TV”-nin “Show time” verilişi yel çərşənbəsi ilə bağlı mərhum əməkdar artist Xanım Qafarovanın ailəsində qonaq olub. Lent.az-ın məlumatına görə, aparıcı Yalçın Uğurun təqdimatında yayımlanan verilişdə mərhumun anası və qızı danışıb.

Gövhər nənə söhbətində deyib ki, bu həyatda sevincli anı olmayıb: “Qızımın arzusu çox idi, heç birinə çata bilmədi. Bu həyatda çox şey məni kövrəldir. Həyatda ömür boyu kövrəlmişəm. 4 övladım dünyasını dəyişib, böyük qızım da 4-5 ildir ki, gözdən əlildir, gözləri tutulub. Bu həyatda heç sevinməmişəm. Həyat yoldaşım çox yaxşı kişi olub. Hər zaman xanım çıxışlarında deyirdi ki, bu həyatda 5 ata varsa, o da mənim atamdır. Həyatdı da, indi möhtacam”.

 

X.Qafarovanın qızı Gövhər isə deyir ki, anası ilə yuxularında danışır: "Anamın şəkillərinə baxıb, onunla danışıram. Ona deyirəm ki, mən dərslərimi yaxşı oxuyuram. Hər zaman 5 alıram. Müəlliməm hər zaman məni tərifləyir. İnşallah mən də böyüyüb, vətənə layiq vətəndaş olaram. Anam tez-tez yuxularıma da girir”.

 

Gövhər nənənin səhhəti ilə də maraqlandıq: “75 yaşım var, ayaqlarım da problemlər var. Həkim maz verir, çəkirəm. Amma nə bayıra çıxa bilirəm, nə də dükana gedə bilmirəm. Evin içində fırlanıram. Elə qonşular kömək eləyir. Ürəyimdə problem var. Ciyərimə su gəlir. Təngnəfəs oluram".

 

Mərhumun qızı Gövhər bildirdi ki, onun ata nəvazişinə ehtiyacı var: "Atamla yanıma tez-tez gəlmir. Deyir, xəstəyəm. Yəni ayda, ildə bir dəfə gəlir. Mən ona zəng edirəm, gah telefonu bağlı olur, gah da borcları olur. Amma istəyərdim, o da mənə hər gün dəysin. O, mənim anamın əvəzini tutmur. O mənə 2-3 dəfə, mən ona çox zəng eləmişəm. Amma zəngimə cavab vermir. Dəstəyi açanda da ancaq özündən danışır. Məni soruşmur. Amma istəyərdim kİ, mənlə də bir az danışsın, hal-əhval soruşsun.

 

Gövhər nənə nəvəsinin sözlərinə biganə qalmayıb: "Özümüz atasına yalvarırıq ki, heç olmasa ata sözünü yadından çıxartma. Ana deyə bilmir, heç olmasa, ata deyə bilsin. Səndən heç nə istəmirik ki..."

 

Qeyd edək ki, X.Qafarova 2014-ci il iyulun 14-də 47 yaşında vəfat edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 422
avatar

Yalçın UĞUR

Oxşar yazılar