<b>Səməd Səmədovdan keçmiş xanımına <span style="color:red;">CAVAB : <span style="color:red;">"Molla dedi ki..."</b>
03 mart 2018 14:51 (UTC +04:00)

Səməd Səmədovdan keçmiş xanımına CAVAB: "Molla dedi ki..."

Xalq artisti Səməd Səmədov keçmiş həyat yoldaşının onun barəsində dediyi “Yas yerinə qırmızı pencəklə gəldi” sözlərinə münasibət bildirib. Lent.az-a açıqlama verən müğənni iddialara cavab verib: “

 

”Sizcə hansı ata öz oğlunun yasına qırmızı geyinib gələ bilər?! Canımın bir parçası olan övladımın ölümü məni necə sevindirə bilər? Hətda Əli Mirəliyev də yas mərasimində iştirak etdiyini və bunun yalan olduğunu söylədi. O ki qaldı oğlumun qəbrini ziyarət etməməyimə, mən çəkiliş qrupunu belə ora apardım. Oradakı molla bildirdi ki, Səməd müəllim ayda heç olmasa iki, üç dəfə oğlunun ziyarətinə gəlir. Onun həyat yoldaşını isə biz 8 il olar ki burda görmürük. Oğlumun qəbrini onun qırx mərasimi belə çıxmamış düzəltdirmişdim. Oğluma 10 yaşına kimi anamla mən baxmışam. Emin 5 yaşındaykən yaratdığım ansamblın nəzdində sarayda dövlət tədbirində elə maraqlı çıxış etdi ki, həmin vaxtlar Mədəniyyət Naziri Polad Bülbüloğlu Eminin üzündən öpdü və mənə yaxınlaşıb “halal olsun sənə belə oğul böyütmüsən”, deyə əlini çiynimə qoydu”. Görünür şöhrətim, qazandığım hörmət qıcıq yaratdığı üçün imicimə xələl gətirmək üçün barəmdə bu cür sözlər dedi”.

 

Qeyd edək ki, S.Səmədovun keçmiş xanımı Zərifə “Xəzər maqazin”ə açıqlamasında bu sözləri demişdi: “Mənim 16 yaşım var idi, o da əsgərlikdən yeni gəlmişdi. Qaçdıq, ailə qurduq. 9 ay sonra övladımız dünyaya gəldi. 5 il ailəli olmuşuq. Onun indiki xanımı o vaxtlar gəlib dedi ki, murdarçılıqdan məni azad et, sən gözəlsən, ər taparsan. Səməd, sənin vicdanına nə gəlib? Oğlumu atasının yanına göndərdim, qapını indiki xanımı açıb deyib ki, atan indi məşhurlaşıb deyə gəlmisən? Oğlum mənə qayıdıb dedi ki, ana, sən mənim başımı birinci dəfə yerə soxdun. Ona söylədim ki, atandır, eybi yoxdur. Oğlum da dedi ki, atam evdə idi, amma qapıya çıxmadı”.

 

O, oğlu Eminin bir müddət əvvəl öldüyünü söyləyib: “Oğlum bir qızın namusunu qorumaq üçün 47 dəfə bıçaqlanıb. Atası oğlumun ölümündən 3 gün sonra yasa qırmızı pencəklə gəldi”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 685
avatar

Yalçın UĞUR

Oxşar yazılar

Azərbaycanlı ərindən boşanan müğənni çılpaq görüntüləndi

Azərbaycanlı ərindən boşanan müğənni çılpaq görüntüləndi

27 iyul 2024 , 16:18
Bütün dövrlərin ən gözəl aktrisası  kimdir?

Bütün dövrlərin ən gözəl aktrisası kimdir?

27 iyul 2024 , 14:30
Ehtiram Hüseynov buzlu su  ilə sağalır

Ehtiram Hüseynov buzlu su ilə sağalır

27 iyul 2024 , 10:38
61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

26 iyul 2024 , 18:15
Xatirə İslamın tətil kefi

Xatirə İslamın tətil kefi

26 iyul 2024 , 17:10
Xərçəngə  tutulduğu deyilən müğənnidən AÇIQLAMA

Xərçəngə tutulduğu deyilən müğənnidən AÇIQLAMA

26 iyul 2024 , 16:31
Polisə düşən məşhurlarımız - SİYAHI

Polisə düşən məşhurlarımız - SİYAHI

26 iyul 2024 , 15:00
Dünyanın ən ideal gözəli  o hesab olundu

Dünyanın ən ideal gözəli o hesab olundu

26 iyul 2024 , 13:55