<b>Röya:</b> “Bu, insanı sevgidən uzaqlaşdırır”
07 mart 2014 17:44 (UTC +04:00)

Röya: “Bu, insanı sevgidən uzaqlaşdırır”

Müğənni Röya Ayxan sosial şəbəkədə ona tənqidi sözlər yazanlara səslənib. Lent.az-ın məlumatına görə, Röya öz “İnstagram” səhifəsində onu tənqid edənlərə bu sözləri yazıb: “Mənim əziz sevənlərim və sevməyənlərim, düşünməyin ki, susqunluğum saymazlıqdır. Əsla, sadəcə, yaxşı yazılan şərhlərə cavab yazsam, pis yazılanlara da cavab yazmalıyam. Bu da insanı sevgidən uzaqlaşdırır. Məsələn, biri yazır ki, “gözəl deyilsən” və sair. Bu sözü yazanı necə başa salım ki, mən gözəl olsa idim, foto-model olardım. Düz deyil? Xanımların da bayramı mübarək”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1820

Oxşar yazılar