<b>Mətanət İsgəndərli sevgisindən danışdı:</b> “Elə anlarım olur ki...”
07 mart 2014 12:07 (UTC +04:00)

Mətanət İsgəndərli sevgisindən danışdı: “Elə anlarım olur ki...”

“Bu həyatda Allahdan başqa kimisə sevmək lazım deyil. Allah deyib ki, kimi məndən artıq istəsən, alaram əlindən. Bu, doğurdan da belədir”.

 

Bunu Lent.az-a əməkdar artist Mətanət İsgəndərli sevgisindən söz açarkən deyib. O, özünü sevgidə xoşbəxt saymadığını bildirdi: “Övladım, yaxınlarım yanımda olduğuna görə xoşbəxtəm. Amma bir qadın olaraq sevgidə xoşbəxt deyiləm. Bu sevdiyin insana dəyərindən artıq dəyər verirsənsə, həm o insanı itirirsən, həm də özünü məhv edirsən. Bəzən elə anlarım olur ki, deyirəm ki, bu həyatda məndən xoşbəxti yoxdur. Xoşbəxtlik anlarla olur. Ömür boyu xoşbəxt yaşamaq mümkün deyil. Mənə elə gəlir ki, bu dünyada heç kəs öz sevgisini tapmayıb. Elə mən də. Çünki Allah deyir ki, yalnız məni sevin. Dəyərindən artıq sevəndə isə bax o zaman ayrılıq olur. Gərək bu normadan artıq kimisə istəməyəsən. Nə yazıq ki, bu belədir. Mahnılarımdan sevgidən oxuyuram. Bu zaman isə dünyamı Allahımla bölüşürəm”.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2270

Oxşar yazılar