<b>Bu da Zamiqin Dua Lipadan oğurladığı klipi - <span style="color:red;">VIDEO</b>
09 iyul 2018 10:22 (UTC +04:00)

Bu da Zamiqin Dua Lipadan oğurladığı klipi - VIDEO

Müğənni Zamiq Hüseynov "Varmı" mahnısına çəkdirdiyi klipini izləyicilərinin ixtiyarına verib. Lent.az-ın məlumatına görə, ekran işi sənətçinin "Youtube" kanalında yerləşdirilib. 


Zamiq klipdə bir neçə obrazda, qızların əhatəsində görünüb. İfaçı obrazı üzərində özü çalışıb. O bildirib ki, ilk dəfə stilistlik edib.

Ekran işinin rejissoru Fərhad Əlidir. Mahnının musiqisi və sözləri İsmayıl Əsədova, aranjimanı isə Tural Əliyevə məxsusdur. 

Z.Hüseynovun klipdəki obrazı ətrafında səs-küy yaranıb. Belə ki, o, dünya ulduzu Dua Lipanın “İdgaf” klipindən oğurluq edib. Hər iki klipdə ifaçılar göy kostyumda kamera qarşısına keçiblər. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 565
avatar

Yalçın UĞUR

Oxşar yazılar