Dünyanın ən bahalı avtomobilinin qızıldan tökmə və brilliantla bəzədilmiş prototip model Dubayda sərgiyə çıxarılıb.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, Almaniyadan olan dizaynerlər «Lamborghini Aventador LP 4-700» avtomobilinin surətini başa çatdırmaq üzrədirlər. Ən bahalı model kimi o, «Ginnesiin rekdorlar kitabı»na düşəcək.
«Prototip model 350 min dollarlın qızıl təbəqə ilə örtülüb. Modelin əsli üçün 500 kq qızıl, 2 min brilliant və başqa bahalı daşlardan istifadə ediləçək» -deyə, modelin yaradıcısı Robert Qulpen bildirib.
Gələcək modelin 7,4 milyon dollara qiymətləndirilib. Dubayda sərgiyə çıxarılan üçün alıcı tapılan kimi onun hazırlanmasına başlanılacaq.