«Avroviziya-2013» beynəlxalq uşaq mahnı müsabiqəsinin qalibi 11 yaşlı maltalı Qayya Kauçi olub.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, noyabrın 30-da Kiyevdə keçirilən yarışmada ukraynalı Sofiya Tarasova ikinci, Belorus vətəndaşı İlya Volkov isə üçüncü olub.
Taşamşaçıların səsverməsinin nəticəsi belə olub: Malta -130, Ukrayna - 121, Beloru isə 108.
Təşkilatçılar bu ilki qalibləri qızıl, gümüş və bürünc medallar mükafatlandırıb.
XI beynəlxalq mahnı yarışmasında 12 ölkənin yeniyetmə müğənniləri iştirak edib: Azərbaycan, Belorus, Gürcüstan, Ermənistan, Makedoniya, Malta, Moldova, Niderland, Rusiya, San-Marino, Ukrayna və İsveç.
Yerli informasiya vasitələri bildirib ki, Ukraynada keçirilən bu yarışmaya 2,8 milyon avro xərclənib.