Əməkdar artist, “Toppuş bacı” adı ilə tanınan Tünzalə Əliyevanın həyat yoldaşı Royal Babayev xeyli arıqlayıb. Lent.az-ın məlumatına görə, 3 ay əvvəl idman məşqlərinə başlayan R.Babayev nə az, nə çox 21 kiloqram arıqlayıb.
Məşqçi Səbuhi Primovun sözlərinə görə, Royal 3 ay əvvələdək 105 kiloqram olub: “Dostum Royal çox inadcıl və həvəslidir. Maşallah, o, bütün məsləhətlərə qulaq asdı. Nəticə isə əladır. Bu da son deyil. O, 3 ay əvvəl 105 kilo idi, indi isə 81 kilo olub. Halal olsun”.