“Space” telekanalının yeni layihəsi “Şou+”un qonağı olan əməkdar artist Tünzalə Əliyeva açıqlamaları ilə hər kəsi şok edib.
Axşam.az-ın məlumatına görə, proqramın tanıtım anonsunda aktrisa ağlayaraq “biz artıq boşanmışıq”, “Bu evlilik saxta idi” kimi sözlər işlədib. O, son zamanlar ailəsi və toyu ilə bağlı yayılan söz-söhbətlərə burada son qoyub.
Qeyd edək ki, verilişin ilk buraxılışı aparıcı Tural Ozanın təqdimatında oktyabrın 19-da saat 21:45-də yayımlanacaq.