“Tələblərimə cavab verən kişi idealımdı”
11 mart 2014 11:50 (UTC +04:00)

“Tələblərimə cavab verən kişi idealımdı”

“Mənim üçün ideal kişi, tələblərimə cavab verən kişidir”. Bu sözləri Lent.az-a əməkdar artist Nüşabə Ələsgərli deyib. İfaçı bu dəfə sənətindən yox, plastik əməliyyatdan, ideal kişidən danışıb:

 

“Mənim üçün ideal olan kişidən danışım. Kişidə əsas onun daxili aləmini və ağlını qiymətləndirirəm, sonra xarici görünüş gəlir, ancaq bu mənimçün ikinci dərəcəlidir. Xaraktercə ciddi və öz hərəkətlərinə diqqət edən bir kişi Nüşabə Ələsgərlinin idealı sayılır. Deyərdim ki, elə mənim həyat yoldaşım idealımdır”. 

 

N.Ələsgərli daha sonra şou-biznesdə plastik əməliyyat keçirən bəylərdən danışıb: “Şou aləmində olan kişilərin plastik əməliyyat keçirmələrinə, burun kəsdirmələrinə, üz dartdırmaqlarına normal baxıram. Amma bu əməliyyatları şou-biznesdən kənar , başqa bir peşənin sahibi etsəydi, fikirləşərdim ki, bu əməliyyat lazım deyil”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2857

Oxşar yazılar