Rusiyanın məşhur “Serebro” qrupunun Bakı konsertinin vaxtı dəyişdirilib. Qrup bu gün tamaşaçılar qarşısına çıxmalı idi. Gecənin təşkilatçısı Əli Hüseynovun Lent.az-a verdiyi məlumata görə, “Serebro”nun konserti oktyabrın 20-də olacaq:
“Konsert dəniz sahilində olmalı idi. Hava ilə əlaqədar konserti bağlı məkana keçirdik ”.
Qeyd edək ki, sözügedən konsertdə gənc müğənni Ülvi Rəşidov və DJ Çina da iştirak edəcək.