Sabah türkiyəli prodüser Kemal Cenk İçtənin toyu olacaq. O, azərbaycanlı model-aktrisa Minara Allahverdiyeva ilə evlənir. Lent.az-ın məlumatına görə, cütlüyün toyu istirahət məkanlarının birində gerçəkləşəcək. Şou-biznes nümayəndələri ilə yanaşı, iş adamlarının da qatılacağı toyun qapıları media mənsublarının da üzünə açıq olacaq. Uzun illərdir Azərbaycanda prodüser kimi çalışan Cenk bəy jurnalistlərlə olan dostluğundan yana bu jesti edib. Prodüser jurnalist dostlarının toyunda qonaq kimi iştiraklarından məmnun olacağını bildirib: "Bir deyim var: kim qazan dibi yeyərsə toyunda yağış, qar yağar. Minarə xanım o qədər qazan dibi sıyırıb ki, indi qar yağıb". Bu zarafatının ardından isə prodüser "heç bir qar, çovğun toyumuza əngəl ola bilməz. Çünki bizim izdivacımız təmiz sevgi üzərində qurulub"-deyə, bildirib.
Xatırladaq ki, toy günü-fevralın 1-i həm də gəlinin doğum günüdür. Toydan sonra cütlük Türkiyəyə bal ayına yola düşəcək.