Ötən gün "Böyük Səhnə", “Evrovision-2014” milli seçim turunun ilk konsert proqramı keçirilib. Lent.az-ın məlumatına görə, seçim turunda iştirak edən 14 iştirakçıdan 10-u növbəti mərhələdə iştirak etmə hüququ qazanıb.
Onu da əlavə edək ki, Mübariz Tağıyev, Zümrüd Dadaşzadə, Murad Arif, Tünzalə Ağayeva və Eldar Qasımovun başçılıq etdiyi münsiflər heyəti 10 nəfər - Fuad Əsədov, Erkin Osmanlı, Dilarə Kazımova, Elton İbrahimov, Aydın Eyvazadə, Azad Şabanov, Hülya İbadova, Xana Həsənova, Samirə Əfəndiyeva və Valeriya Həsənzadəni növbəti mərhələyə keçiriblər.
Qeyd edək ki, "Böyük Səhnə", “Evrovision-2014” milli seçim turunun növbəti konsert proqramı fevralın 16-sı saat 23:00-da İctimai Televiziyanın efirində baş tutacaq.