<b>Rəqsanə həbsxanaya getdi </b>
18 sentyabr 2014 16:46 (UTC +04:00)

Rəqsanə həbsxanaya getdi

Müğənni Rəqsanə İsmayılova 4 saylı qadın cəzaçəkmə müəssisəsində olub. Lent.az-ın əməkdaşının da iştirak etdiyi tədbiri giriş sözü ilə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova açıb. Məhbus qadınlara arzularını çatdıran ombudsman mikrofonu müğənni R.İsmayılovaya verib.

 “Bu gün mən çox həyəcanlı və kədərliyəm.  Allah burada olan məhbus qadınların qapısını açsın. Heç kim öz gələcəyindən sığortalanmayıb. Bu da bir qismətdir. Mən bura tək gəlməmişəm. Qızım Aysunla birgəyəm. Onunla yeni bir layihəyə başlayırıq. Həmin layihədə insanları qovuşduracağıq. Hər bir məhbus qadının yarına, əzizlərinə qovuşmasınıı arzu edirəm”.

 

Bundan sonra tədbirin musiqili hissəsi başlayıb. Rəqsanənin ifası zamanı bir çox qadın məhbusə göz yaşlarına hakim ola bilməyiblər. 

 

Tədbirdən müəllifin çəkdiyi fotoları təqdim edirik.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3633
avatar

Yalçın UĞUR

Oxşar yazılar