Oktyabrın 20-də Rusiyanın məşhur “Serebro” qrupu Bakıda konsert verəcək. Qeyd edək ki, qrupda dəyişiklik olub. Anastasiya Karpovanı indi 23 yaşlı Dariya Şaşina əvəz edir.
Konsertin təşkilatçısı Əli Hüseynov Lent.az-a açıqlamasında qrupdakı dəyişikliyin Bakı konsertinə heç bir aidiyyəti olmadığını vurğulayıb: “Bildiyimə görə qızlar yola getmirdilər. Bu səbəbdən dəyişiklik baş verdi. Həm də qrupu tərk edən Anastasiya solo karyeraya başlayır. Deyilənə görə, yeni solist də çox istedadlı qızdır. Onlar Bakıya gələcəkləri günü gözləyirlər. Əminəm ki, konsertin möhtəşəm keçməsində yeni üzvün də əməyi olacaq”.
Onu da bildirək ki, konsertdə “Serebro” ilə eyni səhnəni gənc və istedadlı müğənni Ülvi Rəşidov bölüşəcək.
Səhərə qədər davam edəcək konsertdə DJ-lər Çina, Alıgee, Razı Freeman və Seym də olacaqlar.
Onu da xatırladaq ki, konsertin digər təşkilatçısı Elşən Səfərsoydur.