30 ildən sonra qul olmaqdan azad edildilər
22 noyabr 2013 07:25 (UTC +04:00)

30 ildən sonra qul olmaqdan azad edildilər

Noyabrın 21-də Britaniya polisi Londonda yaşayış binasından üç qadını azadlığa çıxarıb. Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, polis 69 yaşlı Malayziya vətəndaşını, 57 yaşlı irlandı və 30 yaşlı britaniyalını qul xidmətindən azad edib.

 

Onlar 30 ilə yaxın 67 yaşlı kişi və qadının qulu olub. Cinayət şübhəli bilinən bu britaniyalılar həbs edilib. Onlar insan  alverində və qanunsuz istismarda suçlu bilinirlər.

 

Mənbə bildirib ki, kölə olduqları müddətdə onlar fiziki və mənəvi işgəncəyə məruz qalıblar.

 

Olayla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1118

Oxşar yazılar