Bu il noyabrın 9-da tanınmış pop - müğənni Madonnanın fotoları əldə etmək istəyənlər üçün hərrac keçiriləcək.
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, bu fotosessiyalar Madonna 18 yaşında olanda çəkilib. Fotoların müəllifi German Kalkensdir. O, hər bir şəkil üçün Madonnaya o vaxtlar 10 dollar ödəyib.
Bir müddət sonra bu fotoları «Penthouse» erotik jurnalının qurucusu Bob Cuççione alıb.
2010-cu ildə o, öləndən sonra Madonnanın çılpaq fotoları 2012-ci ildə «Penthouse» jurnalını alan Ceremi Frommerin əlinə keçir. O, fotoları hərraca çıxarmaq qərarına gəlib. Onların bir hissəsi əvvəllər çap olunmayıb.
Bu yaxınlarda «Harpers Bazaar» jurnalına müsahibəsində Madonna deyib ki, o, illərdə peşəkar rəqqas olmaq istəyib və hesabları ödəmək üçün də belə çılpaq fotolar çəkdirib.
Bu il avqustun 16-da Madonnanın 55 yaşı tamam olub. «Çılpaq fotolar»-dan onun rahatsız olacağı ehtimal olunmur. Çünki o, həmişə «utanılası bir iş görmə»diyini bildirib.
Qeyd edək ki, Madonna 1979-cu ildən karyerasını qurmağa başlayıb.