15 kilo arıqlayan Mətanətdən yeni görüntülər
28 noyabr 2015 12:57 (UTC +04:00)

15 kilo arıqlayan Mətanətdən yeni görüntülər

15 kiloqram arıqlayan əməkdar artist Mətanət İsgəndərli yeni şəkillərini sosial şəbəkədə paylaşıb. Lent.az-ın məlumatına görə, fotolarını “İnstagram” səhifəsində paylaşan ifaçı bildirib ki, hələ bir neçə kilo da arıqlamaq niyyətindədir. Buna görə də pəhrizdədir.

 

Qeyd edək ki, xeyli kilo verən müğənni mətbuata açıqlamasında bu sözləri demişdi: "Bəri başdan deyim ki, pəhrizlə arıqlamışam. Sonra söz çıxartmasınlar ki, plastik əməliyyat etdirmişəm. İnsan istəyəndən sonra hər şeyə nail olur. Tez-tez üzürəm, hər gün piyada gəzirəm. Təmiz havada çox oluram. Bol-bol su içirəm. Əvvəllər saat 4-də, 5-də yata bilirdim. İndi qarşıma məqsəd qoymuşam, 12-dən gec yatmıram. Hələ 10 kiloqram da arıqlamaq niyyətim var".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 285

Oxşar yazılar